İnstaqramda ödəniş funksiyası istifadəyə verildi

instaqramda-odenis-funksiyasi-istifadeye-verildi
Oxunma sayı: 996

İnstaqram foto servisinin komandası ödəniş funksiyasını sınaq rejimində istifadəyə verib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, funksiya debet və ya kredit kartlarından istifadəyə imkan verir və təhlükəsizlik məqsədilə PIN kod tələb edir.

İlkin sazlamadan sonra istifadəçi birbaşa İnstaqram proqramı üzərindən alış-veriş edə bilər.