İnstaqramda reklam paylaşan məşhurları - Həbs gözləyir

instaqramda-reklam-paylasan-meshurlari
Oxunma sayı: 1357

İngiltərənin Reklam Mərkəzi (CMA) məşhurların sosial şəbəkələrdə (əsasən instaqram) paylaşdıqları reklamlardan qazandıqları pulu, hədiyyələri və kirayə götürdükləri məhsulları bəyan etmələrinin vacib olduğunu açıqlayıb.  

“Qafqazinfo” xəbər verir ki, Rita Ora, Michelle Keegan, Ellie Goulding, Megan McKenna, Alexa Chung və başqa məşhurlar dövlət idarəsinə çağırılaraq izahatları alınıb. 

Tanınmış şəxslərlə Mərkəz arasında razılaşma əldə olunub.  Belə ki, sözügedən şəxslər bundan sonra CMA-ya hesabat təqdim edəcəklər. Qanuna riayyət etməyən ulduzları isə həbs cəzası gözləyir.