İnstaqramda yeni funksiya istifadəyə verildi

İnstaqramda yeni funksiya istifadəyə verildi
Oxunma sayı: 915

İnstaqram sosial şəbəkəsində birbaşa translyasiya funksiyası istifadəyə verilib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, yeni funksiya canlı yayıma digər istifadəçini əlavə etməyə, onu silməyə və ya əvəzləməyə imkan verir.

Birgə efir zamanı adi efirdə olduğu kimi, tamaşaçılar şərhlər yazaraq bəyənə biləcəklər. Bundan başqa, translyasiya videosunu telefon yaddaşında saxlayaraq sonradan onu “Stories” bölməsi vasitəsilə paylaşmaq mümkün olacaq.

Bildirilir ki, birbaşa translyasiyaya daha bir istifadəçini əlavə etmək üçün sağ aşağı küncdəki yeni piktoqramın üzərinə basaraq “Add” (“Əlavə et”) funksiyasını seçmək tələb olunur. Yeni istifadəçi qoşulan zaman ekran hissələrə bölünməyə başlayacaq.

“iOS” və “Android” əməliyyat sistemli qurğular üçün İnstaqram” əlavəsini “App Store” və “Google Play” mağazasından pulsuz yükləmək olar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi