İnstaqramda yeni funksiya sınaqdan keçirilir

instaqramda-yeni-funksiya-sinaqdan-kecirilir
Oxunma sayı: 943

İnstaqram fotoservisi paylaşımlara gəlmiş bəyənmə (like) saylarını digər istifadəçilərdən gizlətmə funksiyasını test etməyə başlayıb.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, şirkətin açıqlamasında istifadəçilərin nə qədər bəyənmə yığdıqlarına deyil, nə cür kontent paylaşdıqlarına diqqət ayırmaları üçün bu addımın atılacağı qeyd edilib.

Bildirilib ki, bu, hələlik şirkətdaxili prototip funksiyadır və o, çoxlu sayda istifadəçilər tərəfindən test olunmur.

Şirkət düşünür ki, bəyənmə saylarının gizlədilməsi öz növbəsində istifadəçilərə qarşı olan təzyiqi aşağı salacaq. Belə ki, onlar özlərinin daha məşhur dostlarının bəyənmə sayları ilə öz bəyənmə saylarını müqayisə etməkdən imtina edəcəklər.

Bəyənmə saylarının gizlədilməsi funksiyasının işə salınması halında istifadəçilər və reklam verənlər daha çox abunə və rəy sayına fikir verəcəklər. Bununla belə gizlədilmiş bəyənmə sayları yenə də paylaşımların ana səhifədə sıralanmasına təsir edəcək.