İnstaqramda yeni rekord - 14 milyon “layk”

instaqramda-yeni-rekord
Oxunma sayı: 2452

Amerikalı model Kayli Cennerin paylaşımı İnstaqram sosial şəbəkəsinin tarixində ən populyar paylaşım olub.

“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, çərşənbə günü model fevralın 1-i dünyaya gələn qızının şəkilini paylaşıb. Bir sutkadan az bir müddət ərzində şəkil 14 milyon “layk” toplayıb. Ümumilikdə Cennerin 103 milyon izləyicisi var.

Beləliklə, model populyarlığa görə, “Real Madrid”in hücumçusu Kriştianu Ronaldo (ikinci yer - 11,3 milyon “layk”) və müğənni Beyonsu (üçüncü yer - 11,2 milyon) üstələyib.