İnstaqramın 50 milyon istifadəçisinin şəxsi məlumatları yayıldı

instaqramin-50-milyon-istifadecisinin-sexsi-melumatlari-yayildi
Oxunma sayı: 1437

İnstaqramın 50 milyon istifadəçisinin şəxsi məlumatları internetdə açıq-aşkar yayılıb.

“Qafqazinfo” “TechCrunch”a istinadən xəbər verir ki, bura məşhurların və brendlərin hesabları da daxildir.

Kibercinayətkarlar istifadəçilərin telefon nömrələrini, elektron poçt ünvanlarını və profildə reklamın dəyərlərini yayıblar.