İnstaqramın fenomen kişi həkimləri... - Fotolar

instaqramin-fenomen-kisi-hekimleri
Oxunma sayı: 6235

Türkiyədə iki yaraşıqlı həkim son günlərdə fenomenə çevrilib.

Qafqazinfo” xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Cahit Dinçer və Hakan Tüfekçini ölkənin ən yaraşıqlı həkimləri adlandırır.

Bir neçə gün ərzində izləyici sayı xeyli artan Dinçerin 50, Tüfekçinin isə 40 minə yaxın izləyicisi var.

Həkimlərin fotolarına isə maraqlı şərhlər yazılır: “Eşitdiyimə görə qızlar bir-birini bıçaqlayıb sizin yanınıza gəlirlər”, “Tibb bacısına ehtiyacınız yoxdurmu?” və s.

Hər gün bir-birindən fərqli şəkillər paylaşan həkimlər bu vəziyyətdən xeyli məmnundurlar.