İnstaqramın yeni axınına qoşulan müğənninin başına iş gəldi - Video

instaqramin-yeni-axinina-qosulan-mugenninin-basina-is-geldi
Oxunma sayı: 3995

Sosial şəbəkədə yeni axın olan “Do the Shiggy” rəqs marafonuna qoşulan rusiyalı müğənni Tanya German gözləmədiyi halla üzləşib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hərəkətdə olan avtomobilindən enib İnstaqramda paylaşmaq üçün video çəkən ifaçının başına qəza gəlib. Belə ki, görüntünü lentə alan və maşında olan şəxs qəflətən əyləci basıb. Avtomobilin qapısına çırpılan Tanya isə yerə yıxılıb. O, ciddi zədə almasa da, bu videosunu da İnstaqramda paylaşaraq zarafat etməkdən qalmayıb. 

Qeyd edək ki, “Do the Shiggy” Dreykin yeni mahnısı “İn my feelings”dən qaynaqlanır.