İntellektual oyunlar dərslərlə birgə başlayacaq

intellektual-oyunlar-derslerle-birge-baslayacaq
Oxunma sayı: 658

“Qafqazinfo”nun məlumatına görə, sentyabrın 4-ü Nə? Harada? Nə zaman? oyunu üzrə təşkil olunan dövrə oyununu Land of fire komandası keçirib. İlk dövrədə klubun yüksək liqalarının komandaları yarışıblar.

Xəzər İntellektual Gənclər Klubunun həyata keçirdiyi Universitet liqası və Məktəb liqaları layihələri çərçivəsində baş tutacaq oyunlar isə ali və orta təhsil müəssisələrində dərslər başladıqdan sonra start götürəcək.

Məlumat üçün bildirək ki, intellektual oyunlar hərəkatının inkişafını təmin etmək məqsədilə yaradılan Xəzər İntellektual Gənclər Klubu 2001-ci ildən fəaliyyət göstərir.


Fatimə Kərimli