İntellektualların regional turniri keçirilir

intellektuallarin-regional-turniri-kecirilir
Oxunma sayı: 804

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan İntellektual Birİncisi” layihəsinin regional seçim turları davam edir.

“Qafqazinfo” xəbər verir ki, layihə çərçivəsində 11 regionda 4 intellektual oyun (“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar tap”, “Vətəni Tanı”) təşkil edilir.

Artıq Bakı, Abşeron, Quba və Tərtər regionları üzrə seçim turları başa çatıb. Qaliblər Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, İsmayıllı, Şəki, Mingəçevir, Sabirabad və Lənkəranda da regional turnirlərin keçirilməsi nəzərdə tutulub.

Yarışlarda 62 rayon, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ümumilikdə 70 rayondan 1400 nəfər gəncin iştirakı gözlənilir. Yarışın şərtinə görə hər rayon 18 nəfərlik komanda ilə çıxış etməlidir.

“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçirilməsi planlaşdırılır.