“İntensiv istintaq tədbirləri həyata keçirilir” - Gürcüstan DİN rəhbəri

intensiv-istintaq-tedbirleri-heyata-kecirilir
Oxunma sayı: 1856

Marneulinin Qızılhacılı kəndində azərbaycanlı majoritar namizəd Ceyhun Çovdarov və onu müşayiət edən üç şəxsin güllələnməsi ilə bağlı intensiv istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu barədə Marneulidə olan Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili deyib.

Nazir insidenti siyasiləşdirməməyə və ilkin versiyalardan çəkinməyə çağırıb: “İnsidentlə bağlı istintaq aparılır və bütün versiyalar nəzərdən keçirilir. Həkimlərin dediyinə görə, yaralı şəxslərin həyatı təhlükədə deyil”.

Hazırda Gürcüstanın səhiyyə naziri David Sergeenko yaralıların olduğu xəstəxanadadır. Nazirə yaralı şəxslərin vəziyyəti barədə məlumat verilib. Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi Nemsadze də xəstəxanaya baş çəkib.