“İnter” 5:0-ın cavabına hazırlaşır

inter-50-in-cavabina-hazirlasir
Oxunma sayı: 669

“Qafqazinfo”nun verdiyi məlumata görə, bundan sonra komanda cavab oyunun hazırlığına start verib.

Məşq prosesini Zabrat qəsəbə stadionunda açan “bankirlər” əvvəlcə trenajor zalında çalışıb, daha sonra isə "Dalğa-Arena" stadionunda məşqə çıxıb.
"İnter"-"Trans" qarşılaşması iyulun 12-də baş tutacaq. Görüş saat 21.00-da başlayacaq, matçın baş hakimi şotlandiyalı Kevin Klansi olacaq.
Qeyd edək ki, iyulun 5-də Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda "İnter" səfərdə Estoniyanın "Trans" komandasıyla qarşılaşıb və bu görüşdə 5:0 hesabıyla qalib gəlib.