“İnter” Azərbaycan futbolunda tarix yazdı

inter-azerbaycan-futbolunda-tarix-yazdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “bankirlər” Estoniya “Trans”ının qapısından 5 cavabsız top keçirib.

Bununla “İnter” Azərbaycan futbolunda yeni səhifə açıb. Belə ki, indiyədək heç bir klubumuz Avropada 5 top fərqi ilə qələbə qazana bilməmişdi. Ən böyük qələbə “Qarabağ”a məxsus idi ki, ağdamlılar Litvada “Banqa”nı 4:0 hesabı ilə üstələmişdi.

“İnter” həm də I təsnifat mərhələsinin ilk oyunlarının 4-cü ən böyük darmadağınına imza atıb. “Elfsborq” (İsveç) “Floriana”nı (Malta) 8:0, “Tvente” (Hollandiya) “Santa Koloma”nı (Andorra) 6:0, “Qomel” (Belarus) “Streymur”u (Farer adaları) 6:0 hesabı ilə məğlub edib.

Ceyhun Əhmədov