“İnter” bacardığı qədər vurdu, “Totenhem” istədiyi qədər

inter-bacardigi-qeder-vurdu-totenhem-istediyi-qeder
Oxunma sayı: 630

“Qafqazinfo” xəbər verir ki, “İnter” Totenhem”i 4-1 hesabı ilə məğlub edib ancaq növbəti nərhələyə ingilis klubu adlayıb. İlk oyunda qeydə alınan 3-0 hesablı “Totenhem” qələbəsindən sonra artıq belə düşünmək olardı ki, “İnter” bu turnirə barmaqarası baxır və əsas məqsəd “A seriya”sında normal çıxış edib gələn mövsüm “Çempionlar Liqa”sına vəsiqə qazanmaqdır. Lakin bu belə olmadı, oyuna sürətli başlayan italiyanlar 20-ci dəqiqədə Antonio Kassanonun qolu ilə 1-0 hesabı ilə önə keçiblər.

52-də Palasiyo və 75-də Vilyam Qallasın avtoqolu, “İnter”in ümumi hesabı bərabərləşdirməsi ilə yekunlaşıb. Əlavə yarım saat da oynanılıb. Lakin “Totenhem”in futbolçusu Emanuel Adebayorun 96-cı dəqiqədə vurduğu qol “İnter” əziyyətini demək olar ki,puç edib . Doğrudur,110-cu dəqiqədə Rikardo Alvarez vurduğu qolla “İnter”ə yenidən ümid verib ancaq matçda bunda başqa qol olmayıb və “Totenhem” növbəti tura vəsiqəni təmin edib.

Bundan başqa digər nəticələr belə olub:

“Rubin” 2-0 “Levante” ( qollar əlavə vaxtda vurulubvə “Rubin” ¼ finala vəsiqə qazanıb)
“Zenit” 1-0 Bazel” (1/4-ə “Bazel” vəsiqə qazanıb)
“Latsio” 3-1 “Ştutqart” (1/4 -ə “Latsio”vəsiqə qazanıb)
“Bordo” 2-3 “Benfika” (1/4-ə “Benfika” vəsiqə qazanıb)
“Nyukasıl” “1-0 “Anji” (1/4 -ə Nyukasıl vəsiqə qazanıb)
“Çelsi” 3-1 Styaua” (1/4 -ə “Çelsi vəsiqə qazanıb)
“Fənərbaxça”1-1 “Viktoriya Pilzen” (1/4-ə “Fənərbaxça vəsiqə qazanıb)

İqbal