“İnter”: biri getdi, biri gəldi…

inter-biri-getdi-biri-geldi
Oxunma sayı: 645

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müqavilə müddəti bitmiş qapıçı Anar Məhərrəmovun xidmətinə ehtiyac duyulmayıb.

Anar Məhərrəmov başa çatmış mövsümdə əsasən əvəzedici komandada çıxış edirdi.
“Bankirlər” haqqında daha bir xəbər isə Nizami Hacıyevlə bağlıdır. “İnter”in yarımmüdafiəçisi bu yaxınlarda əməliyyat olunmuşdu.

Hazırda futbolçu özünü yaxşı hiss edir və iyunun 1-də komandayla birlikdə təlim-məşq toplanışına yollanacaq. N.Hacıyev Türkiyədə bərpa məşq prosesini keçəcək.

Xatırladaq ki, zədə futbolçuya mövsüm ərzində əziyyət verirdi və buna görə də Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edə bilməmişdi.