“İnter” darmadağınla mübarizəni dayandırdı - Yenilənib

inter-darmadaginla-mubarizeni-dayandirdi
Oxunma sayı: 1590

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, təmsilçilərimizdən “İnter” səfərdə Lüksemburqun “Fola” kubu ilə qarşılaşır.

Qeyd edək ki, “İnter” ilk matçda Bakıda rəqibini 1-0 məğlub edib.

***

21-ci dəqiqədə Haci “Fola”nı hesabda önə çıxarır.

***

32-ci dəqiqədə ev sahibi üstünlüyünü 2 topa çıxardı. Qolun müəllifi Saitidir.

***

59-cu dəqiqədə Laterza "Fola"nın 3-cü qoluna imza atdı.

***

70-ci dəqiqədə "İnter" fərqi azaltdı. Pərdis Fərcad-Azad fərqi azaltdı. Təmsilçimizin  növbəti mərhələyə çıxması üçün daha bir qol lazımdır.

***

Matçın son saniyələrində "İnter" daha bir qol buraxdı. Sakras komandasının 4-cü qolunu vurub. Beləliklə, "İnter" 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.