“İnter” reytinq, “Bakı” mərhələ üçün!

inter-reytinq-baki-merhele-ucun
Oxunma sayı: 633

“Qafqazinfo”nun verdiyi məlumata görə, Azərbaycan təmsilçiləri “İnter” və “Bakı” növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparacaq.
“İnter” səfərdə 5:0 hesabı ilə məğlub etdiyi “Trans”la “Dalğa Arena”da qarşılaşacaq. “Bankirlər”in 5 top buraxacağı inandırıcı olmasa da, reytinq xallarını artırmaq üçün bu görüşdə qələbə vacibdir.
“Bakı” isə səfərdə “Mura” ilə üz-üzə gələcək. Bakıda qolsuz heç-heçəyə razılaşan “zolaqlılar”a mərhələ adlamaq üçün bu görüşdə təkcə qələbə yox, həm də istənilən qollu heç-heçə kifayət edir.

Avroliqa, I təsnifat mərhələsi
Cavab oyunları

12 iyul

21:00. “İnter” (Azərbaycan) – “Trans” (Estoniya)
Baş hakim: Kevin Klansi
Baş hakimin köməkçiləri: Ceyms Bi, Stüart Stevenson
Dördüncü hakim: Brayan Kolvin (hamısı Şotlandiya)
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 5:0

23:00. “Mura” (Sloveniya) – “Bakı” (Azərbaycan)
Baş hakim: Atanassios Qiaços
Baş hakimin köməkçiləri: Mikael Karsiotis, Dimitris Tatsis
Dördüncü hakim: Stavros Tritsonis (hamısı Yunanıstan)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
UEFA nümayəndəsi: George Koumas (Kipr)
Lendava. “Spotni Park” stadionu
İlk oyun – 0:0

Ceyhun Əhmədov