“İnter” Serbiyadadır

inter-serbiyadadir
Oxunma sayı: 646

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “İnter” futbol klubu Serbiyanın paytaxtı Belqraddadır.

“Qafqazinfo” xəbər verir ki, paytaxt təmsilçisi birinci təsnifat mərhələsinin iyunun 29-da “Mladost” komandası ilə səfərdə keçirəcəyi ilk matçında iştirak etmək üçün bu ölkəyə yollanıb.

Bakı komandası baş məşqçi Zaur Svanadzenin rəhbərliyi ilə bu gün və iyunun 28-də bir məşq keçirməyi planlaşdırır.

İyunun 29-da “Luçani” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, “Mladost” komandası ilə “İnter” arasındakı cavab oyunu bir həftə sonra – iyulun 6-da Bakıda “Dalğa Arena”da saat 21:00-da olacaq.