“İnter” yenə də zirvədə

inter-yene-de-zirvede
Oxunma sayı: 641

Sportal.az xəbər verir ki, 3-cü oyun günündə paytaxt derbisi baş tutub.
"Qarabağ"ın "Kəpəz" üzərində qələbəsindən sonra liderliyi əldən verən "İnter" öz meydanında AZAL-ı qəbul edib. "Bankirlər" doğma azarkeşləri önündə qələbə qazanıb zirvəni qaytarmaq, "təyyarəçilər" isə "Xəzər Lənkəran" üzərində səfər qələbəsinin davamını gətirmək niyyətində idi. Ancaq görüş elə başladığı hesabla da başa çatıb - 0:0.

Qeyd edək ki, bu turun ilk iki oyunu dünən və srağagün keçirilib.