“İnter” zirvəyə can atır

inter-zirveye-can-atir
Oxunma sayı: 652

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ilk oyunda autseyderlər üz-üzə gələcək. 11-ci pillədə qərarlaşan “Sumqayıt Şəhər” evdə sonuncu pillənin sahibi “Turan”ı qəbul edəcək. Digər qarşılaşmada ilk “altılığ”a düşmək uğrunda mübarizə aparan “Rəvan”la AZAL qarşılaşacaq.

Günün son oyununda “Simurq”la “İnter” üz-üzə gələcək. Son turlarda uğurlu çıxış edən və əsas rəqiblərini məğlub etməklə zirvəyə yaxınlaşan “bankirlər” bu gün qələbə qazanarsa, ən azı 1 günlük ilk pilləyə yüksələcək.
Turun digər oyunları sabah baş tutacaq.

14:00. “Sumqayıt Şəhər” – “Turan”
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Zeynal Zeynalov, Rəhim Həsənov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
Komandalar Sumqayıtda ilk dəfə görüşəcəklər.
İlk dövrədəki oyun – 0:1.

15:00. “Rəvan” – AZAL
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Elşən Acalov, Vüsal Əliyev
Bakı. “Dalğa Arena” stadionu
Komandalar “Rəvan”ın meydanında ilk dəfə görüşəcəklər.
İlk dövrədəki oyun – 2:1.

16:00. “Simurq” – “İnter”
Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Coşqun Həsənov, Fuad Həsənov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
Zaqataladakı oyunların balansı: 5 oyun: +0=1-4 (5-10).
2006/07 – 1:2, 2007/08 – 3:4, 2008/09 – 0:2, 2009/10 – 1:1 (təsnifat), 2010/11 – 0:1 (təsnifat).
İlk dövrədəki oyun – 0:1.

Ceyhun Əhmədov