“İnter”ə yeni məşqçi - Foto

intere-yeni-mesqci-foto
Oxunma sayı: 648

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən məlumatına görə, bu, 54 yaşlı Zaur Svanadzedir. Xatırladaq ki, gürcüstanlı mütəxəssis artıq 2009-cu ildə "İnter"də baş məşqçinin köməkçisi vəsifəsinin icrasına başlamalı idi, lakin sonda onun klubumuza təyinatı baş tutmadı.

Futbolçu karyerası ərzində Svanadze Kutaisi şəhərinin “Torpedo”, Tiflis şəhərinin “Dinamo”, İsveçin "Holmsund" və "Motala" klublarında çıxış edib. O, İsveçdə məşqçi kimi də çalışıb. Zaur Svanadze Tiflis “Lokomotiv”ində həm köməkçi, həm baş məşqçi vəsifələrində fəaliyyət göstərib. “Dinamo” klubunda futbol akademiyasına və əsas komandaya rəhbərlik edib. Vətənində aşağı yaş qruplardan ibarət yığmalarda da çalışıb. U-19-un baş məşqçisi olub, U-21-da köməkçi məşqçi vəsifəsində çalışıb. Daha sonra o, Gürcüstanın əsas yığmasında köməkçi məşqçi olub.

Qeyd edək ki, bundan əvvəl "İnter"in baş məşqçinin köməkçisi vəsifəsində hazırda "Simurq" klubunda baş məşqçi işləyən Georgi Çixradze çalışıb.