“İnter”in ən yaxşı assistenti

interin-en-yaxsi-assistenti
Oxunma sayı: 653

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, komandamızın ən yaxşı assistenti aktivinə 5 qol ötürməsi yazıb. O, 4 dəfə son dəqiq ötürmə ilə yadda qaldı və 1 dəfə “İnter” üçün reallaşdırılmış penalti qazandı. Maraqlıdır ki, P.Zlatinov ötürmələrdən 3-ü künc zərbəsindən reallaşdırmışdı.
4 məhsuldar ötürməni aktivinə Asif Məmmədov yazdı. O, 3 dəfə son dəqiq ötürmə ilə fərqləndi və 1 dəfə “İnter” üçün reallaşdırılmış penalti qazanmışdı.
3 dəqiq ötürmə ilə Nizami Hacıyev, Baçana Tsxadadze, İlia Kandelaki və Girts Karlsons fərqləndilər. Məhsuldar ötürmə ilə 1 dəfə Asif Mirili, Elnur Abdulov, Enyo Krastovçev, Valeri Abramidze, Vladimir Levin, Samir Zərgərov və Bronislav Çervenka yadda qaldılar.
Qol+ötürmə sistemi üzrə ən yaxşı göstərici 10 balla Baçana Tsxadadzeyə məxsusdur (7 qol+3 ötürmə). İkinci yeri 8 balla Nizami Hacıyev(5+3) tutur. Sonra 5 balla İlia Kandelaki(2+3), 5 balla Petar Zlatinov(0+5), 4 balla Asif Mamedov(0+4), 3 balla Samir Zərgərov(2+1), 3 balla Vladimir Levin (2+1), 3 balla İbrahima Niasse(3+0) və 3 balla Girts Karlsons(0+3) gəlir.