“İnter”in səfər sınağı - Yenilənir

interin-sefer-sinagi
Oxunma sayı: 636

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin görüşləri keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, “İnter” səfərdə Lüksemburqun “Fola” klubunun qonağı olacaq.  İlk görüşdə  qələbə qazanan Bakı klubu səfərdə məğlub olmasa növbəti mərhələyə adlayacaq. Qarşılaşma 21:30-da start götürəcək.  

21:30. "Fola" (Lüksemburq) - "İnter" (Azərbaycan)

İlk oyun - 0:1

Baş hakim: Donatas Rumsas

Baş hakimin köməkçiləri: Aleksandr Radius, Vladimir Qerasimov

Dördüncü hakim: Robertos Smitas (hamısı Litva)