“İnternet Explorer”in adı dəyişdirilir

internet-explorerin-adi-deyisdirilir
Oxunma sayı: 1037


“Qafqazinfo” “ICTnews”-ə istinadən bildirir ki,brauzerin nüfuzunun azalması bu müzakirələrə səbəb olub. Proqramın cari versiyasının (Internet Explorer 11)  nisbətən uğurlu olmasına baxmayaraq, istifadəçilər IE brauzerini kompüterlərinə quraşdırmağa tələsmirlər, çünki "Microsoft"un brauzerinin altıncı versiyasının çoxsaylı çatışmazlıqları hələ də yaddaşlardadır. Hesab edilir ki, adın dəyişdirilməsi brauzerə bu mənfi  imicdən yaxa qurtarmağa kömək edəcək.

 Qeyd edək ki, "Bromium Labs" şirkətinin hesabatına əsasən, 2014-cü ilin əvvəlindən "Internet Explorer" brauzerində ötən illə müqayisədə daha çox boşluq aşkarlanıb. IE bu göstəricisi üzrə başqa populyar brauzerlər arasında liderdir. Bununla belə ekspertlər bildiriblər ki, "Microsoft"un tərtibatçıları brauzerin təhlükəsizliyinə daha çox diqqət ayırmağa başlayıblar.