İnternet fırıldaqçılarına hökm oxundu

İnternet fırıldaqçılarına hökm oxundu
Oxunma sayı: 376

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Özal Orduxanlı və 1992-ci il təvəllüdlü Tural Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasını hökmü ilə Özal Orduxanlı 6 il, Tural Həsənzadə 5 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, adıçəkilən şəxslər internet üzərindən satış etmək istəyən insanlara qarşı soyğunçuluq etməkdə ittiham edilirlər.

Belə ki, onlar elektron yolla sifariş etdikləri məhsulu götürərək mağaza sahibini aldadıblar.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi