İnternet istifadəçilərinin 172 milyard dolları oğurlanıb

internet-istifadecilerinin-172-milyard-dollari-ogurlanib
Oxunma sayı: 1167

2017-ci ildə dünyanın 20 ölkəsindən 978 milyon istifadəçi fırıldaqçıların qurbanı olub.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, internet istifadəçilərindən oğurlanmış məbləğin həcmi 172 milyard dollara bərabərdir.

Məlumata görə, ən çox çinli istifadəçilər zərər görüb: 353 milyon nəfər ümumilikdə 66 milyard dollar itirib.

Əksər hallarda hakerlərin qurbanı evdə və işdə çoxlu sayda qurğudan istifadə edən və eyni zamanda kibertəhlükəsizliyin əsasları haqda zəif təsəvvürə malik insanlar olurlar.

Kibercinayətkarlıqla bağlı məlumatlar yalnız dünyanın 20 ölkəsi üzrə əlçatandır. Həmin ölkələr aşağıdakılardır: Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Honkonq, Hindistan, İndoneziya, İspaniya, İtaliya, Kanada, Çin, Meksika, Niderland, Yeni Zelandiya, BƏƏ, Sinqapur, ABŞ, İsveç, Fransa və Yaponiya.