İnternet klubda telefon oğurluğu

internet-klubda-telefon-ogurlugu
Oxunma sayı: 1219

Paytaxtda insanların etibarından sui-istifadə edərək telefonunu oğrayan şəxs barədə axtarış işi başlayıb. 

Bu barədə “Qafqazinfo”ya məlumatı zəzərçəkmiş Samir Quliyev verib. O bildirib ki, işlədiyi internet klubunun daimi müştərisi olan şəxs ondan danışmaq üçün telefonunu istəyib, daha sonra isə geri qaytarmayıb:

“Şəkildə gördüyünüz şəxs fevral ayının 1-i mənim işlədiyim internet klubuna gələrək danışmaq üçün telefonumu istədi. Əvvəllər də müştəri kimi kluba gəldiyi üçün onu tanıyırdım, etibar edib telefonumu verdim. Danışaraq bayıra çıxdı və bir daha geri qayıtmadı. Sonradan məlum oldu ki, həmin şəxs bir neçə dəfə də bu yolla insanların telefonunu ələ keçirib”.

Faktla bağlı Nərimanov rayon, 18-ci polis bölməsində araşdırma aparılır.

Günel Hacı