İnternet vasitəsilə Harvardda oxumaq mümkün olacaq

internet-vasitesile-harvardda-oxumaq-mumkun-olacaq
Oxunma sayı: 636



“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ-ın Harvard və Massaçuets Texniki Universiteti (MTU) internet vasitəsilə birgə dərs verəcək.

“EdX” layihəsinə 60 milyon dollar məbləğində vəsaitin ayrıldığını bildirən universitet rəhbərliyi tədrisin MTU-nun virtual laboratoriyalarının və interaktiv təlimlərinin yerləşdiyi onlayn təhsil proqramı əsasında həyata keçiriləcəyini bildirib.

MTU-nun rektoru Suzan Hokfild açıqlamasında “EdX”-nin milyonlarla insana təhsil almaq üçün yeni fürsətlər verdiyini deyib. Habelə Hokfild birgə təhsilin ilk mərhələsinin sentyabr ayında başlayacağını ifadə edib.