İnternetdə sürət rekordu qırıldı

internetde-suret-rekordu-qirildi
Oxunma sayı: 1945

Hazırda şirkətlər beşinci nəsil şəbəkəsinin işə salınması üzərində çalışdığı bir zamanda Çinin ən böyük mobil rabitə operatorlarından biri olan “China Unicom” şirkəti məlumatların “4G” texnologiyası üzrə ötürülməsində mütləq rekorda imza atıb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, şirkət öz hədəfinə nail olmaq üçün “Snapdragon X20 Cat.18” modemi ilə təchiz edilmiş yeni “Qualcomm Snapdragon 845” prosessorundan istifadə edib.

“China Unicom” şirkəti sınaqlar zamanı 1155,8 Mbit/s sürətlə yeni rekorda nail olub.