İnternetdən boşanma xidməti yaradıldı

internetden-bosanma-xidmeti-yaradildi
Oxunma sayı: 652

“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Meksikada internet vasitəsilə boşanma xidməti istifadəyə verilib. Belə ki, ölkədəki hüquq məsləhətxanalarından biri boşanma xidməti göstərən portal yaradıb. Evlilik yaşı aşağı olan ölkədə boşanma hallarına həddən artıq rast gəlinən Meksikada vətəndaşlar “liberapass.com” saytına daxil olaraq, blankı doldurmaqla boşana biləcəklər.

Hüquq məsləhətxanasının vəkilləri sayt vasitəsilə vətəndaşlara sözügedən məsələdə hər cür hüquqi xidmətin göstəriləcəyini və onların 3-4 ay ərzində boşanacaqlarını deyiblər. Saytın xidmətlərindən istifadə edə bilmək üçün isə vətəndaşlar “onlayn” ödəmə üçün ilə 300 avroluq kart atmalı olacaqlar.

Məlumat üçün deyək ki, Meksikada hər 10 evlilikdən 7-i boşanma ilə nəticələnir.