İnterneti söndürə bilən 7 adam

interneti-sondure-bilen-7-adam
Oxunma sayı: 824

İnternetin açarı kimin əlindədir? Masonlar? İlluminati? Rockefeller ya da Rotschild? Yox bunlar deyil. Dünya üzərində 7 fərqli dövlətdə yaşayan 7 fərqli adamdadır.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, internet üzərində yarana biləcək fəlakət zamanı (terrorist qruplaşmaların ələ keçirməsi, nəhəng şirkətlərə kiber hücumlar və.s) vəziyyəti ələ almaq üçün beynəlxalq razılaşma əsasında belə birlik yaradılıb.

2010-cu ildə qurulan birlikdə dünyanın 7 ölkəsindən 7 nəfər bu işə məsul seçilib:

1. Pol Keyn (Britaniya)

2. Dam Kaminski (ABŞ)

3. Jiankanq Yao (Çin)

4. Musa Quebre (Burkina Faso)

5. Bevil Vudinq (Trinidad və Tobaqo)

6. Ondrey Suri (Çexiya)

7. Norm Ritşe (Kanada)

Bu şəxslər ICANN-də (Təyin Olunmuş Adlar və Nömrələr Üçün İnternet Qurumu) çalışırlar və əsas işləri sizin internet təhlükəsizliyinizi təmin etməkdən ibarətdir. Hamının adını, yaxınlarını və məlumatlarını bilirlər. Amma bunun yaxşı bir səbəbi var. ICANN bütün məlumatları öz əlinə keçirib fake hesablarla real hesabları ayırır.

Ona görə də internetdə milyonlarla spam olsa belə bu ortalama istifadəçinin gündəlik gəzintisinə ciddi təsir etmir. İnternetin açarı məsələsinə gəldikdə isə, bu “açarlar” iki mərhələli yoxlanış mərhələsindən sonra açılan gizlin otaqlarda saxlanılır.

Əgər internetə restart vermək lazım olsa 7 nəfər bir yerə yığışmalı və 7 açarı birlikdə baza stansiyasına taxmalıdırlar. Bu yolun əsas məntiqi belə bir gücün tək bir adamın əlində cəmləşməsinə imkan verməməkdir. Yəni nə vaxtsa birdən hər yerdə inernet bağlansa işin nə yerdə olduğunu artıq bilirsiniz.