İnternetin qiyməti niyə düşmür?

internetin-qiymeti-niye-dusmur
Oxunma sayı: 883



“Qafqazinfo” əbər verir ki, bu barədə Trend-ə "Delta Telecom" şirkətindən (Azərbaycanda internet xidmətlərinin ilkin provayderi) deyiblər. Şirkətdən bildirildiyi kimi, hazırda bazarın iri iştirakçıları istisna olmaqla ölkənin internet servis provayderlərinin əksəriyyəti öz şəbəkələrinin inkişafına sərmayə yatırılması sahəsində fəallıq göstərmirlər: "Bu, onlara icarəyə götürülən internet tutumların həcmini artırmaq üçün texniki baxımdan imkan vermir, çünki lazımi texniki tərkib hissələrinin yoxluğuna görə onlar və son istifadəçilər arasında trafiki effektiv bölüşdürmək mümkün olmur".

"Delta Telecom"dan hesab edirlər ki, Azərbaycanın internet bazarında müəyyən durğunluq müşahidə olunur ki, bu da son istifadəçi üçün tariflərin azaldılmasına təsir edir.

Bununla belə, artıq bir sıra internet provayderlər (söhbət, əsasən, internet xidmətlərin böyük təchizatçılarından gedir) internet xidmətləri tariflərinin azaldılmasına doğru lazımi addımlar atırlar: "Azərbaycanda internet xidmətləri tariflərinin azaldılması üzrə növbəti dalğa 2015-ci ildə gözlənilir".

May ayında "Delta Telecom" kiçik provayderlər üçün internet həcmlərin icarə dəyərini yarıyadək azaltdı. Söhbət fiksə edilmiş dəyərdən gedir - hər alınmış bir meqabit trafik üçün 25 manat. Daha əvvəl tarif 50 manat təşkil edirdi.