İnterpol 26 yaşlı azərbaycanlını axtarır - Foto

İnterpol 26 yaşlı azərbaycanlını axtarır
Oxunma sayı: 1383

İnterpol daha bir azərbaycanlı barəsində axtarış elan edib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, 1991-ci ildə Azərbaycanda doğulan Elmin Ağamirov oğruluq etməkdə təqsirləndirilib.

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən E.Ağamirov barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb. O, istintaqdan yayınıb.

Məhkəmə E.Ağamirovun həbs edilməsi barədə qərar çıxarıb. Həmin qərarla İnterpol E.Ağamirov barəsində beynəlxalq axtarış elan edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi