İnterpol Assanjla əlaqəsi olan keçmiş XİN rəhbərini axtarır

interpol-assanjla-elaqesi-olan-kecmis-xin-rehberini-axtarir
Oxunma sayı: 653

Ekvadorun keçmiş Xarici işlər naziri Rikardo Patinyo İnterpol tərəfindən beynəlxalq axtarışa verilib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Ekvador Prokurorluğunun tvitter hesabında məlumat yayılıb.

Sabiq nazirin axtarışa verilməsinə səbəb kimi onun həbsdə olan “WikiLeaks” portalının yaradıcısı Julian Asanjla əlaqəsi və cinayətdə əlbirliyi göstərilir. 

“El Comercio” portalının məlumatına görə, Patinyo Peru ilə sərhəddən keçərək ölkəni tərk edib. 

Xatırladaq ki, J. Assanj aprelin 11-də İngiltərənin Ekvadordakı səfirliyinə saxlanılıb.