İnterpol Qəzzafini axtarır

interpol-qezzafini-axtarir
Oxunma sayı: 644

“Qafqazinfo”nun “France-Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, beynəlxalq polis təşkilatında elan ediblər ki, oğul Qəzzafi axtarılan cinayətkarların siyahısına salınıb. Orderin Liviyanın yeni hakimiyyətinin sorğusuna görə yazıldığı bildirilir. Milli Keçid Şurası Saadı mülki fırıldaqlarda, insanları "silahla qorxutmaq"da, həmçinin Liviyada baş verən üsyanlarda dinc sakinlərin məhv edilməsində iştirakda ittiham edir.
Son məlumatlara görə, Saad Qəzzafi qonşu Nigerdə gizlənir. Onun sentyabrın 11-də qonşu ölkəyə ailə üzvləriylə qaçdığı xəbər verilir.