İnterpol vitse-prezidentə axtarış elan etdi

interpol-vitse-prezidente-axtaris-elan-etdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Haşimi terror aktlarını maliyyələşdirməkdə şübhəli bilinir. İnterpol Haşiminin yaxalanması üçün qırmızı bülleten yayımlayıb.

İnterpolun qırmızı bülleten yayımlaması təşkilata üzv olan 190 ölkədə Haşiminin görüldüyü yerdə həbs olunması anlamına gəlir.

Qırmızı bülletelə Haşiminin beynəlxalq səfərləri əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq.

Terror aktlarına yardım etmək iddiasıyla Bağdad hakimiyyəti tərəfindən barəsində həbs qərarı çıxarılan və bu qərardan sonra Şimali İraqa qaçan Haşimi keçən ayın əvvəlində “rəsmi səfər” üçün Qatara gedib, oradan da Səudiyyə Ərəbistanına keçib.

Haşimi, 9 apreldən bu yana Türkiyədədir.