İnterpolun axtardığı azərbaycanlı Ukraynada həbs olundu

İnterpolun axtardığı azərbaycanlı Ukraynada həbs olundu
Oxunma sayı: 1965

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Dneprepetrovski vilayətinin Kamensk rayonunda İnterpol xəttilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə UTX-nın mətbuat mərkəzi məlumat yayıb.

Bildirilir ki, saxlanılan şəxs Azərbaycanda bu ölkənin Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə nəzərdə tutulmuş cinayətin törədilməsində ittiham edilir.

Xüsusi xidmət orqanının tədqiqatçıları müəyyənləşdiriblər ki, cinayətkar Ukraynada dövlətin milli maraqlarına ziyan vuran sahədə, ələlxüsus da “iqtisadi və etnokonfessional sferalarda” fəaliyyətə başlamağı planlaşdırırmış.

Hazırda əcnəbi həbsdədir, onun Azərbaycana ekstradisiyası ilə bağlı məsələ həll edilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi