İnterpolun axtardığı “vor zakon” aeroportda saxlanıldı

interpolun-axtardigi-vor-zakon-aeroportda-saxlanildi
Oxunma sayı: 2408

Fransa hüquq-mühafizə orqanlarının İnterpol vasitəsilə axtardığı “vor zakon”, gürcü əsilli Rusiya vətəndaşı Badri Adanaya Belarusda saxlanılıb. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Belarus DİN məlumat yayıb. 

“Minsk hava limanında mütəşəkkil cinayətkar qrupların liderlərinə qarşı aparılan operativ axtarış tədbirləri çərçivəsində Rusiya vətəndaşı, kriminal aləmdə daha çox “Tamaz Novorossiyski” ləqəbi ilə tanınan Badri Adanaya saxlanılıb”, - deyə məlumatda qeyd olunub.

Məlumata görə, Fransa məhkəməsi Adanaya barəsində axtarışla 10 il müddətinə həbs qərarı verib. 

58 yaşlı “qanuni oğru”  Fransanın qərbində oğruların cinayət fəaliyyətinə nəzarət edən yerli məmurların təyinatına rəhbərlik edib. O, həmçinin bu ölkənin ərazisində əmlak cinayətlərindən əldə edilən vəsait hesabına formalaşdıran ümumi fondun sahibi olub.

DİN Mətbuat xidməti bildirib ki, hazırda Adanaya haqqında həbs qətimkan tədbiri seçilib. Onun ekstradisiyası məsələsinə baxılır.