İnterpolun eks-prezidentinin arvadı sığınacaq istəyir

interpolun-eks-prezidentinin-arvadi-siginacaq-isteyir
Oxunma sayı: 886

İnterpolun sabiq prezidenti Men Hunveyin həyat yoldaşı Qreys Men Fransa hökumətindən sığınacaq istəyib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Qreys oğurlanacağından qorxduğunu bildirib: “Qəribə telefon zəngləri alıram. Maşınımı izləyirlər. Çinli görünüşü olan qadınlar və kişilər məni izləyir”.

Xatırladaq ki, oktyabrın əvvəlində Fransa hökuməti sentyabrda Çində yoxa çıxan İnterpolun eks-prezidentinin işini bağlayıb. Çin hökuməti isə Menin qanun pozuntusuna görə saxlanıldığını bildirmişdi.