İntihar edən müəllimənin nəşi tapıldı

intihar-eden-muellimenin-nesi-tapildi
Oxunma sayı: 2906

Ötən gün özünü evlərinin yaxınlığından keçən körpüdən Akkuşa çayına atmış Salyan rayonunun Seyidsadıqlı kənd sakini, 35 yaşlı Aysel Dadaşovanın cəsədi tapılıb.

"Qafqazinfo" Virtualaz.org-a istinadən xəbər verir ki, cəsəd qadının özünü çaya atdığı yerdən 7 km aralıda, rayonun Qızılağac kəndi ərazisində suyun üzərinə çıxdığı üçün aşkar olunaraq FHN-nin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Aysel Dadaşovanın 3 azyaşlı oğlan uşağının anası və Seyidsadıqlı kənd orta məktəbinin ibtidai sinif müəlliməsi olduğu deyilir.