İntihara cəhd etdi, amma...

intihara-cehd-etdi-amma
Oxunma sayı: 1567

Ötən gecə Nizami rayonu ərazisində bir nəfər intihara cəhd edib.

“Qafqazinfo” xəbər verir ki, FHN-in yaydığı məlumata görə, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər kişi beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.