İntim əlaqədə olmaq istədiyi transı öldürənə hökm oxundu

intim-elaqede-olmaq-istediyi-transi-oldurene-hokm-oxundu
Oxunma sayı: 3898

İntim əlaqədə olmaq istədiyi transın ölümünə səbəb olmaqda təqsirləndirilən Rafiq Şıxəliyevin cəzası bəlli olub.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Şıxəliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib və o, 3 il müddətinə azadlıqdan məhrum olunub. İttihama görə, hadisə 2018-ci ildə paytaxtın Nizami rayonu ərazisində baş verib. R.Şıxəliyev toydan çıxıb evə gedən zaman küçədə cinsi azlığın nümayəndəsi R.B. ilə tanış olub. Onun qadın olduğunu zənn edib cinsi əlaqədə olmaq üçün ona 50 manat verib. Bir qədər sonra isə R.B. qadın olmadığını deyib, R.Şıxəliyev verdiyi 50 manatı geri istəyəndə aralarında mübahisə yaranıb.

Ətrafda olan digər translar da davaya qoşulub, Şıxəliyev pul verdiyi R.B.-ni yumruqla vurub, o, yıxılıb və başı daşa dəyib. Xəstəxanaya yerləşdiriləndən bir neçə gün sonra vəfat edib.