İntiqam Əliyevlə bağlı bəyanat verildi

intiqam-eliyevle-bagli-beyanat-verildi
Oxunma sayı: 660

Müsavat Partiyası bildirir ki, İntiqam Əliyev uzun müddətdir ki, Azərbaycanda vəkillik fəaliyyəti ilə məşğul olur: "O, peşəkar, savadlı bir hüquqşünaş kimi ictimai rəğbət qazanıb, vəkillik fəaliyyətinin günbəgün sıxışdırıldığı avtoritar bir rejimdə özünün cəsarətli, obyektiv mövqeyi ilə seçilib. İntiqam Əliyev Azərbaycanda hüquqi dövlət yaradılması, ölkədə demokratik dövlət quruculuğunun bərpa olunması istiqamətində həmişə yorulmadan çalışıb".

Müsavat Partiyası belə bir imicə malik olan bir şəxsin hansısa qanun pozuntusuna yol verməsi ehtimalını absurd hesab edir: "Partiya İntiqam Əliyevə qarşı qanunsuzluq və kobudluq edən polis işçiləri ilə bağlı qardaş Türkiyə Cümhuriyyətində ciddi araşdırma aparılacağına və ədalətli tədbirlər görüləcəyinə inanır və bunu Türkiyə hakimiyyətindən gözləyir".