İntizar Mustafaya 2 ay yaxınlaşa bilməyəcək

intizar-mustafaya-2-ay-yaxinlasa-bilmeyecek
Oxunma sayı: 4686

Türkiyəli müğənni Mustafa Ceceli ikinci dəfə məhkəməyə müraciət edib.  Onun bu müraciəti keçmiş xanımı Sinem Gedikinin sevgilisi olduğu iddia edilən müğənni İntizarla bağlıdır. 

İstanbul Ailə Məhkəməsi  İntizarın iki ay müddətində Cecelidən uzaq durmasını, sosial şəbəkələrdə təhdid-təhqir yazmasına icazə verilməməsi barədə qərar çıxarıb . 

Mustafa bundan əlavə, Sülh hüquq Məhkəməsinə müraciət edərək 7 yaşlı oğlu Arın Cecelinin mənfəətlərini qorumaq üçün ona qəyyumluq verilməsini tələb edib.