İnvestisiya fondları haqqında Qaydalar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib

investisiya-fondlari-haqqinda-qaydalar-huquqi-aktlarin-dovlet-reyestrine-daxil-edilib
Oxunma sayı: 676

QKDK-nın İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, artıq bu Qaydalar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış normativ hüquqi sənədlər qiymətli kağızlar bazarında institusional inkişafın təmin edilməsi məqsədi ilə kollektiv investisiya fondlarının fəaliyyətinin, kapitalının, aktivlərinin tərkibi və strukturunun, habelə idarə olunmasının qabaqcıl standart və prinsiplərə uyğun qaydada keçirilməsinə imkan yaradacaq.

Sözügedən normativ hüquqi sənədlərin təsdiq edilməsi ilə investisiya fondlarının fəaliyyətini tənzimləyən zəruri normativ hüquqi bazanın formalaşdırılması tamamlanıb.

Nigar Məmmədli