İordaniya İsraillə müqaviləni uzatmadı

iordaniya-israille-muqavileni-uzatmadi
Oxunma sayı: 1257

İordaniya Bakura və Qamr ərazilərini İsrailə icarəyə verməyi nəzərdə tutan müqaviləyə xitam verib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyindən verilən yazılı bəyanatda bildirilib:

“İordaniya hökuməti İsrailə Bakura və Qamr ərazilərini 25 illiyə icarəyə verməyi nəzərdə tutan müqavilələrə xitam qərarı verdi. Qərar İsrail hökumətinə çatdırılıb”.

Qeyd edək ki, İordaniya 1994-cü ildə imzalanan Oslo müqaviləsinin 1b və 1c əlavələrilə Bakura və Qamr ərazilərini 25 il müddətinə İsrailə icarəyə vermişdi. Müqavilənin şərtlərinə görə, tərəflərdən hər hansı biri sazişin bitməsinə ən gec bir il qalana qədər çıxmaq istəyərsə, icarə razılaşması avtomatik olaraq yenilənməlidir. İcarə müddəti 25 oktyabr 2019-cu ildə bitəcək.