İordaniya Qüdsdə məscidlərin sökülməsinə qarşı çıxdı

iordaniya-qudsde-mescidlerin-sokulmesine-qarsi-cixdi
Oxunma sayı: 656

“SalamNews”un “İslam.ru”ya istinadən verdiyi xəbərə görə, sökülmə qərarı beynəlxalq konvensiya tərəfindən qorunan ibadət yerlərinin müqəddəsliyini pozur.

İordaniya hökumətinin bəyanatında deyilir ki, işğalçı tərəfin bu cür qərar qəbul etmək səlahiyyəti olmadığı üçün sənəd hüquqi qüvvəsini itirir.

İsrail səfiri Daniel Nevo İordaniya XİN-ə çağırılıb. İordaniyanın mətbuat və rabitə naziri Məhəmməd Əl-Momani bildirib ki, səfir iordaniyalıların etirazını dinləyib və İsrail hökuməti üçün sərt tonda yazılan məktubu ölkəsinə çatdırıb.

Nazirin sözlərinə görə, İsrailin əl-Aksaya qarşı təcavüzünə cavab olaraq Əmman bütün siyasi, hüquqi və diplomatik tədbirləri görməyə hazırdır.
Xatırladaq ki, məscidlər son illər genişləndirilib.