İordaniya Şimali Koreya ilə diplomatik münasibətləri kəsdi

iordaniya-simali-koreya-ile-diplomatik-munasibetleri-kesdi
Oxunma sayı: 1081

İordaniya hökuməti Şimali Koreya ilə diplomatik münasibətləri kәsmәk barədə qərar qəbul edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İordaniya hökumətinin müvafiq qərarı kral II Abdullanın fərmanı ilə təsdiq olunub.

Qərara əsasən, Ş.Koreyanın Əmmandakı səfirinin vəzifəsinə də son qoyulub.

Qeyd edilib ki, bu qərar İordaniyanın suverenlik haqqı və yüksək dövlət mənfəəti nəticəsində alınıb.