İordaniyadan İsrailə təhdid: - “Cavabsız qalmayacaq”

İordaniyadan İsrailə təhdid:
Oxunma sayı: 21

İordaniyanın xarici işlər naziri Ayman Safadi “Məscidi-Əqsa”nı bağlayan İsrailə xəbərdarlıq edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Safadi məscidin yenidən müsəlmanların ixtiyarına verilməsini tələb edib.

O, əks halda bu addımının cavabsız qalmayacağı barədə İsraili təhdid edib:

“Bölgədə stabilliyin təmin edilməsi vacibdir. Qüdsdə zorakılığın artmasına, sabitliyin pozulmağına imkan verməyəcəyik”.

Qeyd edək ki, 14 iyulda "Məscidi-Əqsa"da 3 fələstinli və 2 İsrail əsgərinin ölümünə səbəb olan atışmadan sonra məscid bağlanılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi