İosif Kobzon komaya düşdü

iosif-kobzon-komaya-dusdu
Oxunma sayı: 3581

Rusiyalı müğənni, SSRİ xalq artisti, millət vəkili İosif Kobzon komaya düşüb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, sənətçinin vəziyyəti ötən axşam qəfil pisləşib. Kobzon süni nəfəs aparatına qoşulub.

Qeyd edək ki, İosif Kobzon 2001-ci ildən onkoloji xəstəliklə mübarizə aparır. Sənətçi bir neçə gündür, Moskva xəstəxanalarından birində müalicə olunurdu.